Azərbaycanın qadınlardan ibarət U-17 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində 3-cü oyununu keçirib.
QOL.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gəlib.
Bayıl stadionunda təşkil olunan qarşılaşma Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gəlib. Bolqarıstan 4 cavabsız qolla qalib gəlib.
Hazırda Bolqarıstan və Lüksemburq 6 xalla qrupda 1-ci və 2-ci yerəri bölüşürlər. Malta və Azərbaycan millisi isə hərəyə 3 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşırlar.
Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana 3:2 hesabı ilə qalib gəlib.
18 mart
13:00. Malta U-17 - Azərbaycan U-17 - 2:0
Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)
Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)
Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)
Bayıl stadionu.