AZ

Avropa İttifaqı tarifləri tətbiq etdiyinə görə ABŞ-a cavab verəcəyini bildirib

Avropa İttifaqı (Aİ) ABŞ-ın tarifləri tətbiq etməsinə sərt və mütənasib tədbirlərlə cavab verəcək.

 

Oxu24.com  xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.

 

“Mən ABŞ-ın Avropadan polad və alüminium ixracına tariflər tətbiq etmək qərarından dərin təəssüflənirəm. "Aİ-yə qarşı əsassız tariflər cavabsız qalmayacaq - onlar sərt və mütənasib əks tədbirlərə səbəb olacaq", - AK rəhbəri bildirib.

 

Bir gün əvvəl Donald Tramp ABŞ-dan polad və alüminium idxalına 25% rüsum tətbiq edən fərman imzalayıb. Tədbirlər martın 4-dən qüvvəyə minəcək.

 

Fevralın əvvəlində Tramp Avropa İttifaqını ölkəyə qarşı ədalətsiz ticarət siyasətində ittiham edərək, çox yaxın gələcəkdə Avropa mallarına rüsumların tətbiq ediləcəyini açıqlayıb. ABŞ prezidenti hesab edir ki, onun ölkəsi “dünyanın demək olar ki, hər bir ölkəsi tərəfindən qarət edilib”.

 

Financial Times (FT) qəzeti Trampın birlik ölkələri üçün tariflər tətbiq edəcəyi təqdirdə Avropa İttifaqının Amerikanın böyük texnologiya şirkətlərinə qarşı cavab tədbirləri görə biləcəyini yazıb.

 

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Trampın təhdidlərinə cavab verib.
 

 

Nigar

 

Seçilən
147
46
oxu24.com

10Mənbələr