Kiyev ABŞ və Rusiya arasında müharibənin dayandırılmasına dair danışıqların Ukrayna tərəfinin iştirakı olmadan baş tutacağı təqdirdə nəticələrini tanımayacaq...
Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. Ukrayna prezidenti qeyd edib ki, Danışıqlar masasında Avropa ölkələri də təmsil olunmalıdır.
“Bu gün hadisələrin danışıqların ikitərəfli olması üçün hər şeyi etmək istəyən Putinin planına uyğun inkişaf etməməsi vacibdir”, deyə Ukrayna dövlət başçısı əlavə edib.
Jurnalistlər Zelenskidən ABŞ prezidenti Donald Trampın əvvəlcə Vladimir Putinlə, sonra isə onunla telefon danışığı aparmasına münasibətini soruşduqda, Ukrayna prezidenti Trampın onun mövqeyindən xəbərdar olduğunu vurğulayıb.
“Mən həqiqətən hesab edirəm ki, Ukrayna prioritet olmalıdır. Biz müharibənin tərəfiyik, Putin isə bizə qarşıdır”, deyə Zelenski bildirib.
Ukrayna prezidenti qeyd edib ki, Donald Tramp həm Ukrayna, həm də Rusiya ilə eyni vaxtda dialoq aparmaq arzusunu ifadə edib.
“Mənimlə söhbətində Tramp Putin və Rusiyanın onun üçün prioritet olduğunu deməyib. Bu gün biz bu sözlərə inanırıq”, deyə Ukrayna prezidenti əlavə edib.
Zelenski həmçinin vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının dəstəyini saxlamaq Ukrayna üçün son dərəcə vacibdir.
“Mən Putinə olunan zəngi Rusiyanın Tramp üçün prioritet olmasının əlaməti kimi qəbul etmirəm. Ukrayna ilə bağlı heç bir şey Ukraynasız baş verə bilməz”, deyə Zelenski vurğulayıb.
Poliqon.info