AZ

Hakan Fidan: Türkiyə, ABŞ və Avropa Ukraynada atəşkəsi müzakirə edir

Türkiyə ABŞ və Avropa ölkələri ilə birlikdə Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edir.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “TRT World” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ankara Ukrayna münaqişəsinin həllinə töhfə vermək üçün istənilən rolu oynamağa hazırdır.

“Biz Amerika administrasiyası və avropalılarla mümkün atəşkəs və sülh planının müxtəlif aspektləri üzərində işləyirik”, - nazir qeyd edib.
Seçilən
48
3
sherg.az

10Mənbələr