Mərkəzin direktor səlahiyyətini müvəqqəti icra edən Əlağa Kərimov və təlim tərbiyə işləri üzrə direktor müavini Ramil Məmmədlinin təşəbbüsü ilə həyata keçirilən bu görüşdə müəllim heyəti dəyirimi masa ətrafında şəhidlərin şücaətindən, tələbəlik dövründəki nizam – intizamından söhbət açaraq onların xatirəsi yad edildi. Görüş əsnasında onlara Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmovun səyi ilə ərsəyə gələn şəhidlər haqqında kitab təqdim edildi. Daha sonra ailələrlə birlikdə mərkəzin müqəddəs guşəsi hesab olunan şəhid abidəsi ziyarət edildi və üzərinə qərənfillər qoyuldu.
Şəhid ailələrini daim diqqətdə saxlamaq, onlara yüksək qayğı və həssaslıqla yanaşmaq bir vətəndaş olaraq hər birimizin ən ilkin borcu hesab olunur. Şəhidlərimizi əbədiyyən qəlbimizdə yaşatmalı, gələcək nəsillərə onların qəhramanlıq dastanlarından söz açmalıyıq . Şəhidlər ölməzdir, bizim qürur, iftixar yerimiz, and yerimizdir.