EN

Adnan Menderes hava limanında sərnişindaşıma 1 milyon nəfərə yaxınlaşıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 840 min 145 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 586 min 69 nəfər, beynəlxalq reyslər üzrə isə 32 faiz artaraq 254 min 76 nəfər təşkil edib.

2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 10 min 804 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 6 min 642 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 31 faiz artaraq, 4 min 162 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 16 faiz artaraq, 5 min 846 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 12 faiz artaraq, 4 min 17, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq min 829 olub.

2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə 365 min 389 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Chosen
15
27
turkic.world

10Sources