EN

Biləsuvarda şəhidlərin doğum günündə xatirələri yad edildi - Vətən Naminə

">

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Atəş Məmmədli, RİH Başcısı aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, Deputatın köməkçisi Əfsun Əlizadə, Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev, şəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Hökməliyev Fazil Həbulla oğlu 14 fevral 1973-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Günəşli kəndində orta təhsil almışdır. 1991-ci ilin dekabr ayında Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaətlə vuruşmuş və Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə düşmənin aramsız hücumlarını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. 6 mart 1993-cü ildə Günəşli kənd qəbristanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Günəşli kənd ümumi orta məktəbinə verilmişdir.

Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Eynullayev Rövşən Elşən oğlu 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Ş.Heydərov adına Nərimankənd kənd tam orta məktəbində təhsil almışdır. 2018-2019-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və 2019-cu ilin dekabr ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və sentyabr ayının 29-da Füzuli rayonu istiqamətində gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 29 sentyabr 2020-ci ildə Nərimankənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Eynullayev Rövşən Elşən oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Nərimankənd kəndində böyüyüb boya başa çatdığı küçəyə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Chosen
3
8
vetennamine.az

10Sources