EN

Böyük Britaniyanın xarici işlər naziri Trampın Putin və Zelenski ilə danışıqlarını dəyərləndirib

ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenskiyə zəngləri hazırda sadəcə söhbətdir.

NOCOMMENT.az xəbər verir ki, dövlət başçıları arasında aparılan danışıqları Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi dəyərləndirib.

“Donald Trampın Putinlə danışmaq istəməsi və o, həqiqətən də Zelenski ilə danışmaq istəməsi təəccüblü deyil, lakin bu məqamda söhbət sadəcə olaraq qalır. Biz hələ danışıqlar yolu ilə sülhə nail olmaqdan uzağıq”, – deyə o bildirib.

Lammi həmçinin qeyd edib ki, London və Vaşinqton Ukrayna lideri Vladimir Zelenskinin Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda iştirak etməli olduğuna inanır. O, İngiltərə və ABŞ-ın Ukrayna münaqişəsinə son qoymaq arzusunun olduğunu vurğulayıb.

Chosen
77
50
nocomment.az

10Sources