Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski danışıqlar masası arxasına oturmalıdır. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq belə açıqlama verib. Tramp və Putin arasındakı telefon danışığı barədə danışan Kelloq bildirib ki, Ukrayna ilə bağlı üçlü görüşlər təşkil edilməlidir. Putin və Zelenskinin bir araya gəlib birbaşa danışıqlar aparmalı olduğunu ifadə edən amerikalı nümayəndə qeyd edib ki, Putin danışıqlar masasına əyləşmək üçün güzəştlər etməlidir. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonda danışıb. Tramp danışıqların məhsuldar keçdiyini bəyan etmişdi.