EN

“Təəssüf ki, bu, baş verdi - Mənim ona yazığım gəlir”

“İnter”in baş məşqçisi Simone İnzaqi “Yuventus”dan qovulan Tiaqo Motta haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu xəbərə görə təəssüfləndiyini bildirib:

“O, hörmət etdiyim həmkarımdır. Dəfələrlə bir-birimizə qarşı oynamağa çıxmışıq.

Təəssüf ki, bu baş verdi. Mənim ona yazığım gəlir, ona həm məşqçi, həm də bir insan kimi hörmət edirəm.

Düşünürəm ki, Motta tez bir zamanda işə qayıdacaq, çünki o, çox yaxşıdır”.

Motta 2024-cü ilin iyul ayında “Yuventus”la 5 milyon avro maaşla üç illik müqavilə imzalayıb. Mütəxəssis martın 23-də Turin klubunun baş məşqçi postunu tərk edib.

Chosen
49
17
sportinfo.az

10Sources