"Real Madrid"in fransalı ulduz hücumçusu Kilian Mbappe La Liqanın yanvar ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, məlumatı liqanın mətbuat xidməti yayıb.
26 yaşlı futbolçu ilk dəfə İspaniya çempionatında ayın ən yaxşı oyunçusu mükafatını alıb.
Yanvarda Mbappe La Liqanın üç matçında 5 qol vurub. O, "Valyadolid"lə (3:0) matçda het-trik edib, "Las Palmas"la (4:1) oyunda isə dubla imza atıb
Xatırladaq ki, dekabr ayında Mbappenin komanda yoldaşı Cud Bellingem La Liqada ayın oyunçusu seçilib.
Mirağa