RU

Sabiha Gökçen hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Türkiyənin Sabiha Gökçen HavaLimanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü iləmüqayisədə 16 faiz artaraq, 3 milyon 667 min 502 nəfər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilinanaloji dövrü ilə müqayisədə 9 faiz artaraq, 1 milyon 579 min 308nəfər, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 2 milyon 88 min194 nəfər təşkil edib.

2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cüilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 37 min 763 tontəşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrüilə müqayisədə 26 faiz artaraq, 12 min 333 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 16 faiz artaraq, 25min 430 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayındahəyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı iləmüqayisədə 13 faiz artaraq, 21 min 724 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq, 9 min102, beynəlxalq reyslər üzrə isə 20 faiz artaraq 12 min 622olub.

2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə365 min 389 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə:
Избранный
14
27
az.trend.az

10Источники