Şəfizadə Saleh 23 May 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Şəfizadə Saleh 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. 08.11.2020-ci ildə döyüş zamanı ağır yaralanmış, 3 ay komada qaldıqdan sonra 08.02.2021-ci ildə şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.