RU

İlk ayda Çinlə ticarət 73 faiz çoxalıb

2025-ci ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 379,5 milyon ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 160,3 milyon dollar və ya 73,1 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Çin ilə idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 7,46 faizini təşkil edib. Cari ilin ilk ayında ölkəmiz Çinə 1,1 milyon dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövründəki göstəriciyə nisbətən 269 min dollar və ya 19,5 faiz azdır. Ümumilikdə isə, Çin ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 0,04 faizini təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə Çin olub. Belə ki, Uzaq Şərqdəki ­ticarət tərəfdaşımızdan aldığımız məhsullar 2024-cü ilin ilk ayı ilə müqayisədə 160,6 milyon  dollar və ya 73,7 faiz artaraq 378,4 milyon dollara çatıb. Bu ilin yanvar ayında Çin ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 18,44 faizini təşkil edib.

Yeri gəlmişkən, ötən ay Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə  müqayisədə 2,1 milyard dollar və ya 70,5 faiz çoxdur. Yanvar ayında  ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8 faiz və 910 milyon dollar və ya 79,7 faiz çoxdur. Onu da qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 986 milyon dollarlıq müsbət saldo yaranıb. Bu sahədə əvvəlki ilin eyni dövrünə nisbətən 285 milyon dollar və ya 40,7 faizlik artım qeydə alınıb.  

 

Избранный
12
3
xalqqazeti.az

10Источники