RU

Azərbaycan millisi Maltaya qarşı

style='margin-bottom:10px;'>

Azərbaycanın qadınlardan ibarət U-17 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində 3-cü oyununu keçirəcək.

QOL.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı portuqaliyalı baş hakim idarə edəcək. Görüş saat 13:00-da başlayacaq.

Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər. Son tur öncəsi Lüksemburq 6 xalla qrupun lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə 3 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşırlar. Qrup sonuncusu Malta seçməsinin aktivində xal yoxdur.

18 mart

13:00. Malta U-17 - Azərbaycan U-17

Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)

Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)

Bayıl stadionu.

Избранный
9
2
teleqraf.com

10Источники