AZ

İki Avropa ölkəsi arasında qaz kəməri bərpa olundu - Təmirə 40 milyon avro xərclənib

"Adətən bu miqyasda təmir işləri 1-2 il çəkir. "Balticconnector" isə 7 ay ərzində təmir edilib".

Valyuta.az xəbər verir ki, bunu Estoniyanın "Eering" qaz ötürücü şirkətinin boru kəmərlərinə texniki xidmət üzrə meneceri Tiit Tumitz bildirib.

"Yle"nin məlumatına görə, təmir 40 milyon avrodan bir qədər az başa gəlib.

"Zərərin ödənilməsi üçün sığorta şirkəti ilə danışıqlar aparacağıq. Qərar hələ verilməyib", "Eering"in kommunikasiya meneceri Ain Köster bildirib.

"Elering" və Finlandiyanın "Gasgrid" qaz ötürmə şirkəti oktyabrın 8-i səhər saatlarında təzyiqin qəfil azalması səbəbindən "Balticconnector"u bağlamışdı. Həmin gün Finlandiya və Estoniya arasında məlumat kabelində nasazlıq aşkar edilib.

Ötən il "Balticconnector" qaz kəmərində qəza baş verib, o zaman boru kəməri Honq-Konqda qeydiyyatda olan “Newnew Polar Bear” gəmisinin Kalininqraddan Sankt-Peterburqa gedərkən lövbəri tərəfindən zədələnib. Hadisə Finlandiyanın eksklüziv iqtisadi zonasında baş verib. Qaz kəməri ilə eyni vaxtda Estoniya və Finlandiyanı birləşdirən telekommunikasiya kabeli zədələnib. Bundan sonra NATO Baltik dənizində patrulları artırdığını elan edib.

Aprelin əvvəlində Belçika, Böyük Britaniya, Danimarka, Almaniya, Norveç və Niderland sualtı infrastrukturun, o cümlədən Rusiyanın mümkün hücumlarına qarşı müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

2022-ci ilin sentyabrında Rusiyadan qazın Baltik dənizi vasitəsilə Almaniyaya nəqli üçün tikilmiş “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən partlayışlardan sonra Qərbi Avropa ölkələrində sualtı kabellər və boru kəmərləri üçün təhlükələr xüsusi diqqət mərkəzində olub.

2023-cü ilin mayında NATO bildirib ki, Rusiya Ukraynaya dəstək verdiyinə görə Qərb ölkələrini cəzalandırmaq üçün sualtı kabelləri təxrib edə bilər və Qəzza müharibəsindən sonra qlobal təhlükəsizlik riskləri daha da artıb.

Paşa Məmmədli

Seçilən
111
10
Mənbələr
Şərh ()
Bağla