AZ

Polşalı alim Vitold Zqlenitski ilə bağlı kitab təqdim olunub

Azərbaycanın neft və qaz sektorunda böyük xidmətləri olan polşalı mühəndis, görkəmli polşalı ixtiraçı, geoloq və xeyriyyəçi Vitold Zqlenitski ilə bağlı kitab çap olunub.
Hafta.az-ın yazdığına görə, Polşanın ölkəmizdəki səfirliyi bununla bağlı tədbir keçirib.
Tədbirdə çıxış edən Polşa səfirinin müavini Mixal Qreçilo deyib ki, Azərbaycanın qaz və neft sektorunda əhəmiyyətli kəşflərinə baxmayaraq Vitold Zqlenitski ölkədə az tanınır. Bu kitabın çapında məqsəd onun fəaliyyəti və töhfəsi barədə Azərbaycan auditoriyasını məlumatlandırmaqdır.

Diplomat qeyd edib ki, kitab iki dildə - Azərbaycan və İngilis dillərində dərc olunub.
“Bu kitab bir neçə il əvvəl Polşada professor Anceey Xodubski tərəfindən yazılıb” deyən cənab Qreçilo bildirib ki, kitabı təqdim etməkdə məqsədləri Azərbaycandilli və ingilisdilli oxucuların geoloq və ixtiraçının fəaliyyəti ilə daha yaxından tanış olmasına şərait yaratmaqdır. “Buna görə də səfirlik kitabı iki dildə nəşr etməyi qərara alıb. Bu kitabın Azərbaycandilli versiyasının təbliği ilə bağlı tədbir bu ilin fevralında baş tutub və Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə təşkil olunub”, - müşavir bildirib.
Daha sonra sosiologiya üzrə ictimai elmlər doktoru Samir Səttarov polşalı alim haqqında təqdimatla çıxış edərək onun neft və qaz sektoruna verdiyi töhfə barədə məlumat verib.
Vitold Zqlenitski kimdir, Azərbaycanda hansı işləri görüb?
Vitold Zqlenitski 1850-ci il yanvarın 6-da Polşada (Mozaviyada) anadan olub. 1875-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirib əvvəl vətəni Polşada, daha sonra isə Riqada çalışıb. O, 1891-ci ildə Bakıya köcüb və ömrünün sonuna qədər burada yaşayıb.
Qeyd edək ki, Bakı o dövrdə cox yüksək sürətlə inkişaf etsə də, burada su və kanalizasiya kəmərləri olduqca az idi. Bu səbəbdən də şəhərdə tez-tez xolyera, tif kimi yoluxucu xəstəliklər yayılırdı və məhz Zqlenitskinin təşəbbüsü ilə, Bakıda su kanalının tikintisinə başlanıldı.

Polyak alim Bakıda neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olub. Təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, məsələn, neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha böyük dərinliklərə qazmağa imkan verən texniki həllər hazırlayıb.
Cənab Zqlenitski həmçinin elmin inkişafını da dəstəkləyirdi. O, Bakıdakı Rus Texniki Cəmiyyyətin kitabxanasına maddi yardım göstərirdi.
Qeyd edək ki,o dövrdə Bakının milyonçuları da müxtəlif elmi-texniki kitabxanalara yardım edirdilər. Müqayisə üçün aşağıdakı siyahıya diqqət yetirək: Nobel qardaşları kitabxananın hesabına 60, Rotşild şirkəti 45, milyoncu Zeynalabidin Tağıyev 33, mühəndis Zqlenitski isə 1000 rubl pul vəsaiti köcürüb. V.Zqlenitski elmi-texniki təhsilin Bakıda neft sənayesinin inkişafma olan təsirini cox gözəl başa düşürdü. Onu yüksək professiohallığına, tam dürüstlüyünə, vicdanlılığına görə layiqincə dəyərləndirirdilər.
V.Zqlenitski bir cox elmi əsərlərin və qeoloqiya sahəsində (həmcinin Qafqazda neft mədənləri barədə) nəşrlərin də müəllifıdir.
V.Zqlenitski 1904-cü ildə 54 yaşında ağır formalı şəkərli diabet xəstəliyindən vəfat edib. Cənazəsi Polşaya aparılıb və Wola Kielpinska qəbiristanlığında dəfn olunub.
Məşhur alim Zqlenitski ölümündən əvvəl, bütün var-dövlətinin elmin və maarifın inkişafına sərf olunmasını vəsiyyət edib. Bu təmənnasız vəsiyyətinə görə, Vitold Zqlenitski "Polşalı Nobel" adı alıb.
1963-cü ildə Polşanın Plotsk şəhərində neft emalı zavodundan şəhərin mərkəzinə doğru gedən küçəyə Vitold Zqlenitskinin adı verilib. Onun haqqında 1973-cü ildə rejissor Riçard Badovski "Qafqaz bioqrafiyası", 1988-ci ildə rejissor Vladislav Vasilevski "Vitold Zqlenitski və digərləri", 2008-ci ildə isə resjissor Adam Roqala "Polşalı Nobel" filmini çəkiblər.
Polşada Vitold Zqlenitski adına Gimnaziya fəaliyyət göstərir.

Seçilən
69
10
Mənbələr
Şərh ()
Bağla