AZ

2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Avropol nadir və əntiq əsərlərin kütləvi oğurluğu cinayətinin üstünü açıb.

Publika.az xəbər verir ki, Gürcüstanda və bir sıra Avropa ölkələrində doqquz Gürcüstan vətəndaşı bütün Avropa kitabxanalarından təxminən 2,7 milyon dollar dəyərində əntiq kitab oğurladıqlarına görə saxlanılıb.

Oğurlanmış kitablar arasında, məsələn, Varşava Universitetində olan rus klassikləri A.S.Puşkin və N.V.Qoqolun əsərlərinin ilk nəşrləri də var. Oğurlanan nadir əsərlərin bəziləri Sankt-Peterburq və Moskvadakı hərrac evləri vasitəsilə satılıb və nəticə etibarilə, demək olar ki, itirilib. Ümumilikdə, cinayətkar qrupun Almaniya, Çexiya, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa və İsveçrənin milli və tarixi kitabxanalarından ən azı 170 kitabın oğurlanmasında əli olduğu güman edilir.

Dörd şübhəli şəxs aprelin 24-də Gürcüstanda, daha üçü isə Estoniya, Fransa və Litvada həbs olunub. Bundan əlavə, ötən ilin noyabrında Brüsseldə saxlanılan və Fransada məhkəmə nəzarəti altında olan daha iki nəfər saxlanılıb.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla