Gürcüstan prokurorluğu Avropa kitabxanalarından nadir nəşrləri oğurlamaqda təqsirləndirilən 4 nəfərin həbsi barədə məlumat yayıb.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, istintaqda bir neçə ölkə iştirak edib.
İsveçrə, Fransa və Litvanın hüquq-mühafizə orqanlarının əməkdaşları prosesə cəlb edilib.
4 şübhəlinin hamısı Gürcüstan ərazisində həbs edilib.