AZ

Ozan Can Kökçü oynadı, HJK daha bir ağır zərbə aldı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 26-cı turu çərçivəsində “Haka” ilə üz-üzə gəlib.

Helsinki klubu doğma meydanda baş tutan bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Ozan bu görüşə start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu, Ozanın Finlandiya çempionatındakı 7-ci oyunu olub. O, bu görüşlərdə hələlik 1 assistlə fərqlənə bilib.

Son 4 oyununda qələbəyə həsrət qalan, ardıcıl ikinci məğlubiyyətinə üzülən HJK 26 turdan sonra topladığı 45 xalla “çempionluq qrupu”nun” 3-cü pilləsində qərarlaşıb. “Haka” isə 38 xalla 5-cidir. Helsinki təmsilçisi “İlves” (51 xal) və “KuPS”-dən (53 xal) geri qalır.

Son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 12 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
92
1
arena.az

10Mənbələr