AZ

Ozan Can Kökçü “Olimpiya”ya qarşı 72 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Avropa Konfrans Liqasının Liqa mərhələsinin 3-cü çərçivəsində Lyublyana “Olimpiya”sı (Sloveniya) ilə üz-üzə gəlib.

Helsinki klubu doğma meydanda baş tutan bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Ozan bu görüşə start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.

HJK 3 oyuna topladığı 3 xalla Konfrans Liqasının Liqa mərhələsinin yarış cədvəlində 26-cı sırada qərarlaşıb. Finlandiya təmsilçisini növbəti turda “Şemrok Rovers” (İrlandiya) ilə qarşılaşma gözləyir. Bu oyun noyabrın 22-də keçiriləcək.

Son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 15 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
100
1
arena.az

10Mənbələr