AZ

Ozan Can üçün 90 dəqiqə və Liqa mərhələsində ilk 3 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Avropa Konfrans Liqasının Liqa mərhələsinin 2-ci çərçivəsində Minsk “Dinamo”su (Belarus) ilə üz-üzə gəlib.

Helsinki klubu doğma meydanda baş tutan bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Ozan bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

HJK 2 oyuna topladığı 3 xalla Konfrans Liqasının Liqa mərhələsinin yarış cədvəlində 23-cü sırada qərarlaşıb. Finlandiya təmsilçisini növbəti turda yenə doğma meydanda Lyublyana “Olimpiya”sı (Sloveniya) ilə qarşılaşma gözləyir. Bu oyun noyabrın 7-də Helsinki şəhərində keçiriləcək.

Son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 14 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
89
2
arena.az

10Mənbələr