AZ

Ozan Can Kökçü üçün avrokubok mövsümü başa çatdı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası Avropa Konfrans Liqasının Liqa mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində “Betis”lə üz-üzə gəlib.

Helsinki təmsilçisi rəqib meydanında baş tutan bu oyunda İspaniya klubuna məğlub olub – 0:1.

Ozan bu görüşə start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib.

HJK 6 oyuna topladığı 4 xalla Konfrans Liqasının Liqa mərhələsini 30-cu sırada başa vurub. Finlandiya təmsilçisi bu nəticədən sonra Konfrans Liqası ilə vidalaşmalı olub.

Əvvəlki iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü 2024-cü il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 19 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
91
1
arena.az

10Mənbələr