AZ

Ozan Can Kökçü üçün bir hissə, bir assist və qələbə

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası bu gün Finlandiya Liqa Kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində “İnter Turku” ilə üz-üzə gəlib.

Helsinki təmsilçisi rəqib meydanında baş tutan bu oyunda çətin qələbəyə sevinib – 2:1.

Ozan bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib. O, komandasının 30-cu dəqiqədə vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olub.

HJK 2 oyuna topladığı 3 xalla Liqa Kubokunun qrup mərhələsinin yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.

Ozan Can Kökçü Finlandiya klubuna 2024-cü il iyulun 31-də cəlb olunub. O, həmin vaxt HJK ilə 2,5 illik müqaviləyə imza atıb. Millimizin üzvü bu klubun heyətində 19 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
85
2
arena.az

10Mənbələr