AZ

Siyasi şərhçi: "Ukrayna sonda qalib çıxacaq"

"Zamanı gələndə Rusiya Krım daxil olmaqla işğal etdiyi bütün ərazilərdən çıxarılacaq"


ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə vəd etdiyi təmas istiqamətində ilk addımı atıb. Fevralın 12-də iki lider arasında saat yarımlıq telefon danışığı olub. Tərəflərin diqqət ayırdığı başlıca mövzunun Rusiya-Ukrayna müharibəsi olduğu bildirilib. Donald Tramp və Vladimir Putinin Səudiyyə Ərəbistanında görüşəcəklərinə dair məlumat da yayılıb. Rusiya Prezidenti amerikalı həmkarını Moskvaya dəvət edib. Tramp bu telefon danışığını “sürəkli və çox məhsuldar” adlandırıb. Onun sözlərinə görə, Rusiya və Ukrayna müharibəsində insan ölümlərini dayandırmağın vacibliyinə dair razılıq əldə edilib: “Biz uyğun komandanın təcili olaraq danışıqlara başlamasında razılıq əldə etdik”. Tramp bildirib ki, müharibəni bitirə bilərlər: “Əslində mən ümid edirəm ki, bu, müharibəni başa çatdıra bilməyimiz üçün münasibətlərin başlanğıcıdır”. Kremldən bildirilib ki, Tramp və Putin şəxsi təması davam etdirəcəklərini də razılaşdırıblar. Tramp Zelenski ilə də telefon danışığı aparıb. Tərəflər müharibə və sülh mövzularına dair fikir mübadiləsi aparıb. V.Zelenski danışıqlarla bağlı bildirib: “Ukrayna qədər sülhü heç kim istəmir. Rusiya təcavüzünu dayandırmaq üçün ABŞ ilə gələcək addımları araşdırırıq. Prezident Tramp demiş, gəlin, işi sona çatdıraq”.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli danışıqlar yolu ilə həll olunması variantı o deməkdir ki, zamanı gələndə Rusiya Krım daxil olmaqla işğal etdiyi bütün ərazilərdən çıxarılacaq.

Ekspertin sözlərinə görə, bu proses ən geci Putinin hakimiyyətinin bitməsi ilə başlayacaq: 

"Putin nə vaxtsa hakimiyyətdən gedəcək. Trampın bu gedişini Ukraynaya xəyanət adlandıranlar 44 günlük müharibəmizdə "Xankəndindən niyə qayıtdıq, Rusiya qoşunları qarabağdan çıxmayacaq" deyərək səslərini başlarına atanlardır. 44 günlük Zəfər savaşımıza gedən yolun güzəştli atəşkəsə imza atmaqdan keçdiyini də unutmayın. Ukrayna sonda qalib çıxacaq. Ona görə Kiyev bu təklifə razılıq verməlidir. Zelenskinin hansı sənədi imzalamasından asılı olmayaraq, gələcəkdə beynəlxalq hüquq tətbiq olunacaq".
Seçilən
28
50
sherg.az

10Mənbələr