Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının paytaxtında Amerika və Rusiya nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb. Görüşdə iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqların uğurlu keçdiyini bildirib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Uşakov tərəflərin gələcəkdə bir-birinin maraqlarını nəzərə almağa razılaşdıqlarını deyib.
O, qeyd edib ki, Putinlə Trampın görüşünün konkret tarixini söyləmək çətindir, lakin onun gələn həftə baş tutacağı ehtimalı azdır:
"Rusiya və ABŞ-dan ibarət ayrı-ayrı danışıqlar qrupları Ukrayna ilə bağlı təmaslara başlayacaq. Ukrayna ilə bağlı ABŞ-la təmasların nə vaxt başlayacağına Rusiya prezidenti özü qərar verəcək".
Rusiya tərəfini Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər. ABŞ komandasına dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz və xüsusi nümayəndə Stiv Vitkoff daxildir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta