AZ

ABŞ-Rusiya danışıqları başa çatdı

ABŞ və Rusiya nümayəndə heyətlərinin Ər-Riyadda görüşü başlayıb.

İNFOAZ.WS xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, danışıqlar kral ailəsinin saraylarından olan “Albasatin” kompleksində aparılır.

Qeyd edək ki, danışıqlarda ABŞ nümayəndə heyətinə Dövlət katibi Marko Rubio, Rusiya nümayəndə heyətinə isə Prezidentin köməkçisi Yuri Uşakov və XİN başçısı Sergey Lavrov rəhbərlik edir.

***

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən Rusiya-ABŞ danışıqları 4,5 saat davam edib.

Danışıqlar 15 dəqiqəlik fasilə və lanç fasiləsi daxil olmaqla 5 saata yaxın davam edib.

Danışıqlardan sonra Rusiya nümayəndə heyətinin üzvü, RF prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistərə açıqlamasında bildirib ki, ABŞ tərəfi ilə dialoq pis keçməyib.

Qeyd edək ki, Ər-Riyadakı görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edirlər. ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxildir.(axar.az)

Seçilən
32
50
infoaz.ws

10Mənbələr