AZ

Danışıqlar bitdi: Ruslar qayıdır

ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Ər-Riyada səfər edən Rusiya nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtını tərk edib.

 

“İnterfaks” xəbər verir ki, təyyarənin havaya qalxmasının görüntülərini Birinci Kanal nümayiş etdirib.

 

“Birinci Kanal Xüsusi Uçuş Qrupunun Moskvaya uçan təyyarəsinin görüntülərini nümayiş etdirdi”, - nəşr yazır.

 

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.

 

Rusiya Federasiyasını danışıqlar masasında xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov, ABŞ-ı isə milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və Amerika liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib. İqtisadi məsələlərin müzakirəsi zamanı Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev görüşdə iştirak edib.

 

Danışıqlardan sonra Uşakov “pis getmədiklərini” deyib: Moskva və Vaşinqton ikitərəfli münasibətləri inkişaf etdirməyə və bir-birinin maraqlarını nəzərə almağa razılaşıblar. O əlavə edib ki, tərəflər Rusiya və ABŞ prezidentləri arasında görüş üçün şərait yaratmağa çalışacaqlar. Bundan əlavə, o qeyd edib ki, vaxtında Rusiya və Amerikanın ayrı-ayrı danışıqlar qrupları Ukrayna ilə bağlı təmaslara başlayacaq.

 

Miri

 

Seçilən
36
50
oxu24.com

10Mənbələr