AZ

Ər-Riyaddakı danışıqlar başa çatdı - Video - Yenilənib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş başlayır.

Gundem.az xəbər verir ki, buna dair görüntüləri Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova öz teleqram kanalında paylaşıb.

Görüntülərdən Rusiya nümayəndə heyətinin artıq danışıqlar keçirilən məkana gəldiyini görmək mümkündür.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edir. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar keçirəcək.

Rusiya mediası yazır ki, iki ölkə diplomatları arasında görüşü Ukrayna ilə bağlı birbaşa sülh danışıqları adlandırmaq olmaz. Qeyd olunub ki, bu danışıqların mahiyyəti Ukraynada nizamlanma ilə bağlı ABŞ-Rusiya dialoquna və münasibətlərin yenidən başladılmasına necə başlamağın mümkün olduğunu müzakirə etmək, eləcə də Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Donald Tramp arasında mümkün görüşə ilkin addımlar atmaqdır. 

***

Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başlayıb.

***

Nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Görüş 4 saat yarım davam edib. 

Y.Uşakovun sözlərinə görə, tərəflərin dialoqu yaxşı keçib. O bildirib ki, Rusiya və ABŞ bir-birilərinin maraqlarını nəzərə almaq barədə razılığa gəliblər. 

O, həmçinin əlavə edib ki, Rusiya və ABŞ prezidentləri arasında görüşün konkret tarixlərini hələ demək çətindir. 

Seçilən
35
50
gundem.az

10Mənbələr