AZ

Rusiya-ABŞ danışıqları:MÜZAKİRƏLƏR 5 SAATA YAXIN DAVAM EDİB

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Rusiya-ABŞ danışıqları 15 dəqiqəlik ara və lanç fasiləsi daxil olmaqla 5 saata yaxın davam edib.

 

Senzor.az-ın məlumatına görə,  danışıqlardan sonra Rusiya nümayəndə heyətinin üzvü, RF Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistərə açıqlamasında bildirib ki, ABŞ tərəfi ilə dialoq pis keçməyib.

 

Qeyd edək ki, Ər-Riyaddakı görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edirlər. ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxildir. 

ABŞ Dövlət Departamentindən bildirilib ki, dövlət katibi Marko Rubio və Rusiya XİN başçısı Sergey Lavrov iki ölkə arasındakı münasibətlərdəki "qıcıqlandırıcılar"ı aradan qaldırmaq üçün məsləhətləşmə mexanizmi yaratmağa razılaşıblar.

  

M.Rubio və S.Lavrov iqtisadiyyat və investisiya sahəsində gələcək əməkdaşlıq barədə də razılığa gəliblər.

Seçilən
85
1
senzor.az

10Mənbələr