AZ

Ozan Can Kökçü HJK-da ilk qolunu vurdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası bu gün Finlandiya Liqa Kubokunun qrup mərhələsinin 5-ci turu çərçivəsində KTP ilə üz-üzə gəlib.

Helsinki təmsilçisi səfərdə baş tutan bu oyunda asan qələbəyə sevinib – 4:0.

Ozan bu görüşün 72-ci dəqiqəsində meydana buraxılıb. Komandasının sonuncu qolunu da məhz Kökçü vurub. O, 75-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, bu, Ozanın HJK-da ilk qoludur.

HJK 5 oyuna topladığı 12 xalla Liqa Kubokunun qrup mərhələsini birinci pillədə başa vurub və növbəti mərhələyə vəsiqə qazanıb. Eyni xalla qrup ikincisi olan “İnter Turku” da pley-offa yüksəlib.

Xatırladaq ki, Ozan Can Kökçü Finlandiya klubuna 2024-cü il iyulun 31-də cəlb olunub. O, həmin vaxt HJK ilə 2,5 illik müqaviləyə imza atıb. Millimizin üzvü bu klubun heyətində 22 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
39
2
arena.az

10Mənbələr