AZ

Ukrayna üzrə danışıqlarda ABŞ və Rusiya nümayəndə heyətinin tərkibi açıqlanıb

AzVision.az xəbər verir ki,Rusiyanı danışıqlara üç elçi göndərir:

Yuri Uşakov- Diplomatiya sahəsində yarım əsrdən çox təcrübəyə malikdir, Putinin xarici siyasət üzrə köməkçisidir;

Sergey Narışkin- Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktorudur, Putinlə birlikdə sovet DTK-sında xidmət edib;

Kiril Dmitriyev- Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktorudur, Stenford və Harvardda təhsil alıb və Kreml liderinin ailəsi ilə əlaqələri var. O, Trampın elçiləri ilə qeyri-rəsmi ünsiyyət kanalı qismində önəmli rol oynaya bilər. ABŞ-da "Goldman Sachs Group Inc.", "McKinsey & Co" kimi firmalarda iş təcrübəsi olan Dmitriyevin danışıqlara qoşulması ondan xəbər verir ki, Putin Trampla dil tapmağa hazırdır. Dmitriyev amerikalı Vogelin Rusiya həbsxanasından azad edilməsi üçün aparılan danışıqlarda da iştirak edib. O, əslən ukraynalıdır və hazırda Putinin kiçik qızının rəfiqəsi ilə evlidir.

“Belə bir komanda Rusiya liderinin istənilən danışıqlarda müsbət nəticə əldə etmək üçün kifayət qədər qətiyyətli olduğunu, həmçinin Ukrayna ilə bağlı tələblərinin üç il ərzində demək olar ki, dəyişmədiyini göstərir”, - Bloomberg yazır.

Həm Uşakov, həm də Narışkin 2022-ci ilin fevralında müharibə başlayandan qısa müddət sonra Ukrayna ilə erkən atəşkəs danışıqlarında iştirak ediblər.

Bu arada Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlarda ABŞ-nin təmsilçiləri də bəlli olub. Moskva ilə dialoqa Trampın xüsusi elçisi Stiv Uitkoff, Kiyev və Avropa ilə dialoqa isə xüsusi elçi Keyt Kelloq cavabdeh olacaq.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə Rusiya-Amerika danışıqlarının Münhendə başlayacağını və gələn həftə Səudiyyə Ərəbistanında davam edəcəyini açıqlayıb.
Röya Əliyeva
AzVision.az

Seçilən
59
50
azvision.az

10Mənbələr