Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli üçün danışıqların necə başlayacağına qərar verməli olacaqlar, çünki Amerika tərəfi hələlik baş danışıqçı təyin etməyib.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Birinci Kanalın efirində deyib.
“Məsələ Ukrayna üzrə danışıqlara necə başlamaq barədə razılığa gəlməkdən ibarətdir, çünki Amerika tərəfi hələ ki, öz baş danışdırıcısını təyin etməyib”, o deyib.
Uşakov həmçinin bildirib ki, Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyadda görüşü zamanı Ukrayna böhranı ilə bağlı Rusiya və ABŞ arasında ikitərəfli danışıqlara başlamaq perspektivləri müzakirə olunacaq.
Fevralın 16-da məlum olub ki, Rusiya nümayəndə heyətinin iştirakı ilə Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar fevralın 18-də Ər-Riyadda aparılmalıdır. Fevralın 17-də Tramp “çox yaxında” Səudiyyə Ərəbistanında Putinlə görüşə biləcəyini deyib.
Bundan əvvəl Zelenski Ukraynanın Ər-Riyadda ABŞ-Rusiya dialoqunda iştirak etməyəcəyini bildirmişdi.
Nigar