AZ

Rusiya-ABŞ danışıqları başladı - VİDEO

ABŞ və Rusiya nümayəndə heyətlərinin Ər-Riyadda görüşü başlayıb.

Milli.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Məlumata görə, danışıqlar kral ailəsinin saraylarından olan "Albasatin" kompleksində aparılır.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edir. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar keçirəcək.

Milli.Az

Seçilən
21
2
milli.az

10Mənbələr