AZ

Rusiya-ABŞ görüşü BAŞA ÇATDI

Səudiyyə Ərəbistanının paytaxtında Amerika və Rusiya nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb.

Modern.az xəbər verir ki, görüşdə iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqların uğurlu keçdiyini bildirib.

Rusiya tərəfini Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər. ABŞ komandasına dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz və xüsusi nümayəndə Stiv Vitkoff daxildir.

“Bloomberg” agentliyi yazıb ki, Ər-Riyadda aparılan danışıqlar iki liderin sammitinin ən tezi gələn həftə keçirilməsinə gətirib çıxara bilər.

Seçilən
29
50
modern.az

10Mənbələr