EN

Peskov: Lavrov və Uşakov Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə görüş keçirəcək

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrovun Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə görüşünün gündəliyi ikitərəfli münasibətlər kompleksinin bərpasına, həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqlara hazırlığa həsr olunub.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Bu gün prezident Putinin tapşırığı ilə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Ər-Riyada gedir. Sabah Ər-Riyadda onlar ABŞ nümayəndə heyəti ilə görüş keçirəcəklər. Görüş ilk növbədə Rusiya-ABŞ münasibətlərinin bərpasına həsr olunacaq", - o qeyd edib.

Peskovun sözlərinə görə, görüşdə, həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqlara hazırlıq və iki prezidentin görüşünün təşkili müzakirə ediləcək.

Daha əvvəl ABŞ-nin dövlət katibi Marko Rubionun Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gəldiyi barədə məlumat verilib.

Chosen
126
1
report.az

10Sources