Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında pauerliftinq və benç-press üzrə ölkə çempionatı keçirilib.
Sportinfo.az xəbər verir ki, “Neftçi” İdman Klubunun təmsilçisi Azər Əliyev (120 kq) benç-press üzrə mübarizədə 213 kiloqram ağırlığın öhdəsindən gəlib və qızıl medala sahib olub.
Təcrübəli idmançı mütləq çəkidə də eyni uğura imza ataraq Azərbaycan çempionu olub.