RU

Premyer Liqa: “Qarabağ” hər oyunda qol vurduğu “Səbail”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçında lider “Qarabağ” autsayder “Səbail”i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Elçin Məsiyev idarə edəcək. Ağdam təmsilçisi hazırda 50 xalla zirvədə qərarlaşıb. Son iki turda “Turan Tovuz”la “Zirə”yə məğlub olmuş “Qarabağ” uğursuz gedişata çempionatın aşkar autsayderi ilə oyunda son qoymağa çalışacaq. “Səbail” isə son üç turda 7 xal qazanmasına baxmayaraaq, hazırda 16 xalla sonuncu pillədə qərarlaşıb.

Bu, sözügedən komandaların yubiley – 30-cu qarşılaşması olacaq. Əvvəlki 39 oyunda “Qarabağ” 24, “Səbail” isə cəmi 3 qələbə qazanıb, 2 görüş də bərabərliklə yekunlaşıb. Top fərqində də ağdamlıların əzici üstünlüyü var – 65:-15. “Qarabağ” bütün görüşlərdə bu rəqibə qol vurub. “Səbail” son 5 qarşılaşmada xal qazanmayıb.

Premyer Liqa
22-ci tur

9 fevral

“Şamaxı” – “Sumqayıt” 1:0
Qol: Brahim Konate, 60.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Sabah” – “Turan Tovuz” 2:1
Qollar: Pavol Şafranko, 50-pen. Jesse Sekidika, 59 – Aleks Souza, 15.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultanı.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Masazır Arena”, 17:00.

10 fevral

“Araz-Naxçıvan” – “Kəpəz” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Mərdəkan. “Dalğa Arena”, 16:00.

“Zirə” – “Neftçi” 1:2
Qollar: Ruan Renato, 90+1 – Emin Mahmudov, 88. Ervin Koffi, 90+3.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

11 fevral

“Qarabağ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Избранный
27
1
arena.az

10Источники