Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Redaktor.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilir.
Rusiya tərəfini danışıqlar masasında xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Amerika tərəfini dövlət katibi Marko Rubio, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edir.
Müzakirələr zamanı Ukrayna münaqişəsinin həlli barədə danışılacağı gözlənilir.
Türkan İSGƏNDƏRLİ