AZ

Putinlə Tramp gələn həftə görüşürlər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya və ABŞ prezidentləri arasında görüşün konkret tarixi hələ müəyyən edilməyib, çətin ki, bu görüş növbəti həftə baş tutsun".
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
V.Putinin müşaviri vurğulayıb ki, iki ölkənin nümayəndə heyətləri sıx işləməlidirlər.
"Ər-Riyadda baş tutan Rusiya-ABŞ danışıqları yaxşı keçdi, tərəflər bütün məsələlər üzrə ciddi müzakirə apardılar. Rusiya və ABŞ-dən olan ayrı-ayrı qruplar yaxın vaxtlarda Ukrayna ilə bağlı təmaslara başlayacaqlar", - deyə Y.Uşakov vurğulayıb.
Seçilən
24
50
oxu.az

10Mənbələr