EN

Rusiya və ABŞ Ər-Riyadda danışıqlara başlayıblar

Çərşənbə axşamı Ər-Riyadda Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli kontekstində keçmiş Soyuq Müharibə düşmənləri arasında ən əhəmiyyətli müzakirələrə çevrilə biləcək danışıqlar başlayıb.

“TASS” xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun və Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və xüsusi elçi Stiv Vitkoffla görüşür.

Rusiya və Amerika diplomatları arasında ünsiyyəti birbaşa Ukrayna üzrə sülh danışıqları adlandırmaq olmaz (Ukrayna dəvət olunmayıb,bu da Zelenskini qəzəbləndirib). Səudiyyə Ərəbistanında keçirilən danışıqların mahiyyəti Ukrayna böhranının həlli və münasibətlərin yenidən qurulması üçün ABŞ və Rusiya arasında dialoqun necə başlanacağını müzakirə etmək, həmçinin Vladimir Putin və Donald Tramp arasında mümkün görüş üçün ilk addımların atılmasıdır.

Oxuməni.az “İnerfaxs.ru”ya istinadla xəbər verir ki, Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ prezidenti Donald Trampı “problem həll edən” adlandırıb və Vaşinqtonun Moskvanın mövqeyini eşidəcəyinə ümid etdiyini bildirib.

“Prezident Tramp və komandası artıq böyük problemləri tez, səmərəli və uğurla həll ediblər”, - Dmitriyev bildirib. O, həmçinin Amerika şirkətlərinin Rusiyanı tərk etdiyinə görə təxminən 300 milyard dollar itirdiyini qeyd edib və həll yollarının tapılmasının irəliyə doğru ən yaxşı yol olduğuna əmin olduğunu bildirib.

Danışıqlar Trampın Rusiya ilə təcili danışıqlara dair gözlənilməz çağırışından sonra Parisdə keçirilən Avropa liderlərinin fövqəladə sammiti fonunda keçirilir. Avropa liderləri müdafiə sahəsinə investisiyaları artırmaq və Ukraynanın təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynamaq niyyətlərini açıqlayıblar.

ABŞ Dövlət Departamentinin rəsmisi Temmi Bryus vurğulayıb ki, bu, Moskvanın müharibəyə son qoymaq üçün danışıqlara hazırlığını qiymətləndirmək üçün “ilkin təmasdır”.

Hazırda Türkiyədə səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Ər-Riyadda aparılan danışıqlarda əldə olunan heç bir nəticəni qəbul etməyəcək. “Ukrayna iştirak etməyəcək. Ukrayna bu barədə heç nə bilmirdi. Ukrayna Ukraynasız Ukrayna ilə bağlı istənilən danışıqları nəticəsiz danışıqlar kimi qiymətləndirir. Və biz olmadan bizim haqqımızda heç bir şeyi və ya hər hansı razılaşmaları tanıya bilmərik. Biz isə belə razılaşmaları tanımayacağıq”, - “İnterfaks-Ukrayna” Ukrayna liderindən sitat gətirib.

Almaz Həsənli

Chosen
32
37
oxumeni.az

10Sources