AZ

Basketbol: “Naxçıvan”a ağır zərbə, “Sabah” yenidən zirvədə

Bu gün keçirilmiş iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 4-cü dövrəsinə start verilib.

Arena.az xəbər verir ki, 16-cı turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki görüş A qrupuna təsadüf edib. Çempionatın liderləri səfər görüşlərinə çıxıblar. “Naxçıvan” “Neftçi” ilə görüşüb. Ötən turda çempionu məğlub etmiş Naxçıvan təmsilçisi ağır məğlubiyyətə uğrayıb. Murat Dikmenin komandası 44 xal fərqi ilə uduzub.

“Sabah” isə “Sərhədçi” ilə qarşılıb. “Bayquşlar” bu görüşdə çətinliklə üzləşməyiblər. Bütün dövrələri qalib bitirən çempion yenidən vahid lider olub.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 16-cı tur
3 mart

“Neftçi” – “Naxçıvan” 114:70 (26:15, 29:16, 35:20, 24:19)
Bakı İdman Sarayı.

“Sərhədçi” – “Sabah” 73:89 (16:19, 21:22, 20:22, 16:26)
Sərhədçi İdman Mərkəzi.

Xallar: Sabah – 28. Naxçıvan – 27. Neftçi – 24. Sərhədçi – 22. Abşeron – 21. NTD – 19.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
97
4
arena.az

10Mənbələr