AZ

Basketbol: Fərqli qələbə “Ordu”nu zirvəyə daşıdı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə B qrupu çərçivəsində iki qarşılaşma baş tutub.

Günün hər iki qarşılaşması eyni vaxtda başlıb. “Ordu” Bakıda “Quba”nı sınağa çəkib. Hərbçilər bu görüşdə çətinlik çəkməyiblər. Meydan sahibləri 35 xal fərqi ilə qalib gəliblər.

“Gəncə” isə Sumqayıtda eyniadlı komandanın qonağı olub. Oyun qonaq komandanın qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, turun ötən gün baş tutmuş “Neftçi” – “Abşeron” matçı birincilərin 80:56 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Tura martın 1-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
B Liqası, 15-ci tur
27 fevral

“Ordu” – “Quba” 103:68 (24:16, 19:15, 34:17, 26:20)
Bakı. Sərhədçi İdman Mərkəzi.

“Sumqayıt” – “Gəncə” – 81:90 (23:19, 16:25, 25:24, 17:24)
Sumqayıt Olimpiya İdman Kompleksi.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
90
6
arena.az

10Mənbələr