AZ

Basketbol: “Sərhədçi” qalib gəldi, çempion “Naxçıvan”a uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə A qrupu çərçivəsində iki qarşılaşma baş tutub.

Hər iki qarşılaşma “Sərhədçi” İdman Mərkəzində keçirilib. Öncə NTD ilə “Sərhədçi” üz-üzə gəlib. Tahir Baxşıyevin komandası oyuna yaxşı başlasa da, fasilədən sonra “Sərhədçi” vəziyyəti öz xeyrinə dəyişərək 1 xal fərqi ilə qalib gəlib.

Günə “Naxçıvan” və “Sabah” komandalar arasındakı matçla yekun vurulub. Çempion mövsümdə 4-cü dəfə uduzub. Oyun 85:82 hesabı ilə naxçıvanlıların xeyrinə yekunlaşıb.

Qeyd edək ki, turun sabah keçiriləcək son oyununda B qrupunun komandaları “Şəki” və “Lənkəran” üz-üzə gələcəklər.

Azərbaycan Basketbol Liqası
A qrupu, 15-ci tur
28 fevral

NTD – “Sərhədçi” 83:84 (28:23, 22:20, 16:25, 17:16)
Sərhədçi İdman Mərkəzi.

“Naxçıvan” – “Sabah” 85:82 (24:21, 28:20, 20:22, 13:19)
Sərhədçi İdman Mərkəzi.

Xallar: Sabah – 26. Naxçıvan – 26. Neftçi – 22. Sərhədçi – 21. Abşeron – 21. NTD – 19.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
39
4
arena.az

10Mənbələr