AZ

Basketbol: “Lənkəran” yenə uduzdu, NTD 5-ci qələbəyə sevindi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun ikinci oyun gününün matçları fərqli qruplarda keçirilib.

Öncə B qrupunun görüşü baş tutub. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandaların duelində “Lənkəran” “Sumqayıt”ı qəbul edib. Ev sahibləri yenə məğlubiyyətə üzülüblər.

A qrupunda isə tura yekun vurulub. Qrupun autsayderləri “Abşeron”la NTD vacib xallar üçün mübarizə aparıblar. Qonaq komanda mövsümdə 5-ci qələbəsini qazanıb.

Qeyd edək ki, tura B qrupunun sabah keçiriləcək 2 oyunu ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 16-cı tur
4 mart

“Abşeron” – NTD 85:98 (25:23, 12:24, 27:31, 21:20)
Abşeron Olimpiya İdman Kompleksi.

Xallar: Sabah – 28. Naxçıvan – 27. Neftçi – 24. Sərhədçi – 22. Abşeron – 22. NTD – 21.

B qrupu

“Lənkəran” – “Sumqayıt” 83:88 (21:18, 20:29, 17:16, 25:25)
Lənkəran Olimpiya İdman Kompleksi.

Xallar: Ordu – 26. Şəki – 26. Gəncə – 26. Sumqayıt – 22. Quba – 19. Lənkəran – 19.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
87
4
arena.az

10Mənbələr