AZ

Basketbol: “Neftçi”dən “Abşeron” üzərində fərqli qələbə

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 15-ci turuna start verilib.

Arena.az xəbər verir ki, milli komandaların görüşləri ilə əlaqədar yaranmış fasilədən sonrakı ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə qarşılaşması A qrupunda keçirilib. Turnir cədvəlindəki qonşular “Neftçi” və “Abşeron” üz-üzə gəliblər. Oyun Bakı İdman Sarayında təşkil olunub. Görüş “ağ-qaralar”ın üstünlüyü ilə keçib. Bütün dövrələrdə rəqibini üstəyən “Neftçi” 80:58 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 15-ci tur
26 fevral

“Neftçi” – “Abşeron” – 80:58 (19:18, 20:14, 23:9, 18:15).
Bakı İdman Sarayı.

Xallar: Sabah – 25. Naxçıvan – 24. Neftçi – 22. Abşeron – 21. Sərhədçi – 19. NTD – 18.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
105
4
arena.az

10Mənbələr